Accessibility links

İraqda üsyançıların hücumları davam edir - 2003-12-15


Bağdad və onun ətraf hissələrindəki polis məntəqələrində intiharçılar maşın bomba hücumları həyata keçiriblər. Keçmiş İraq prezidenti Səddam Hüseynin ələ keçirilməsindən bir gün sonraya təsadüf edən bu hücumlar nəticəsində yeddi iraqlı polis qətlə yetirilib. Birləşmiş Ştatların İraqdakı hərbi qüvvələrinin baş komandiri general Rikardo Sançes Səddam Hüseynin həbsindən sonra hücumların dayanacağını gözləmədiyini bəyan etmişdir.

XS
SM
MD
LG