Accessibility links

Israil işğal edilmiş bəzi ərazilərdən çıxa bilər - 2003-12-16


İsrailin rəsmi nümayəndələrinin bildirdiyinə görə baş nazir Ariyel Şaron həftə sonu işğal altında olan ərazilərin bəzilərində yahudi məskunlaşmasına son qoyulacağını elan etməlidir. Ariyel Şaron artıq həftələrdir ki, sülh danışıqları baş tutmadığı təqdirdə, İsrailin Qəzzanın bəzi bölgələrindən çıxacağına dair işarələr verir. Fələstinlilər isə İsrailin bu təktərəfli addımına qarşı çıxaraq, yalnız qarşılıqlı anlaşmanın sülhə yol aça biləcəyini deyirlər. Bu gün Qəzzaya gedən misirli müzakirəçi Fələstin qrupları ilə İsraillə atəşkəs əldə edilməsi ilə bağlı danışıqlar aparır.

XS
SM
MD
LG