Accessibility links

Ceyms Beyker İraqın borclarını Avropa liderlərilə müzakirə edir - 2003-12-17


Birləşmiş Ştatların xüsusi nümayəndəsi Ceyms Beyker İraqın milyardlarla borcunu yüngülləşdirməyə yardım məsələsini Avropa ölkələrinin liderlərilə müzakirə etməyə davam edir. Bu gün cənab Beyker İtaliyada baş nazir Silvio Berluskoni ilə məsələni müzakirə edib. Bu, Ceyms Beykerin Fransa və Almaniyada keçirdiyi görüşlər zamanı hər iki ölkənin İraqın borclarını yüngüləşdirməyə vəd etməsindən sonraya təsadüf edir. Həm Fransa, həm Almaniya Bağdadın borclarının ciddi şəkildə yüngüləşdirilməli olduğu haqda razılığa gəliblər. Paris Klubu adlanan qurumun üzləri olan 19 ölkə Iraqın borclarının bir hissəsini təşkil edən 40 milyard dollarlıq borcun hansı şəkildə yüngülləşdiriləcəyini müəyyən etməlidirlər.

XS
SM
MD
LG