Accessibility links

Tarixdə ilk uçuşdan 100 il keçdi - 2003-12-17


Tarixdə ilk uçuşun həyata keçirilməsinin 100 illiyi münasibətilə etdiyi çıxışında prezident Buş Amerikanın dünya aviasiya və kosmik uşçuşlar sahəsində liderlik əzmində olduğunu bəyan edib. Cənab Buş deyib ki, Amerika Birləşmiş Ştatları “bacarığımız və cəsarətimizlə” dünyada aviasiya sahəsində liderliyə davam edəcək. Şimali Karolina ştatının Kitti Hok şəhərciyi yaxınlığında mərasimdə danışan cənab Buş habelə qeyd etmişdir ki, 100 il bundan əvvəl Orvil və Vilbur Rayt qardaşları ilk uçuşu həyata keçirərkən bunun nəyə gətirib çıxaracağını təsəvvürlərinə belə gətirə bilməzdilər. 100 il bundan əvvəl taxta və parusindən hazırlanmış ilk təyyarədə 12 saniyəlik uçuş həyata keçirə bilmişdilər.

XS
SM
MD
LG