Accessibility links

Prezident Buş Səddam Hüseynə ən ağır cəza verilməsini istəyir - 2003-12-17


Prezident Buş İraq xalqına qarşı cinayətlərinə görə Səddam Hüseynin ən ağır cəza ilə üzləşməli olacağını bildirib. ABC televiziyasına verdiyi müsahibəsində cənab Buş deyib ki, Səddam Hüseynin ələ keşirilməsi iraqlılar üçün sevindirici haldır və keçmiş dövlət başçılarını İraq xalqı mühakimə etməlidir. Buş deyib: “Mənim fikrimcə İraq xalqına etdiklərinə körə o, ən yüksək cəzaya məhkum edilməlidir. O, işgəncə verən, qatildir. Onların zorlama otaqları var idi. O, ədalət məhkəməsi qarşısına çıxarılmalı bir tirandır. Lakin hökm Birləşmiş Ştatların prezidenti tərəfindən deyil, bu və ya digər formada İraq vətəndaşları tərəfindən verilməlidir”. İraqda gözlənildiyi kimi mühakimə edilərsə, Səddam Hüseyni ölüm cəzası gözləyir. BMT tribunalında isə ən yüksək cəza ömürlük həbs cəzasıdır. BMT-nin baş katibi Kofi Annan və Vatikan nümayəndəsi də daxil edilməklə, artıq bir neçə beynəlxalq lider Səddam Hüseynə ölüm cəzasının verilməsinin əleyhinədirlər. Səddam Hüseynin ələ keçirilməsindən sonra Prezident Buş ABC-yə verdiyi ilk müsabibəsundə dedi ki, Səddam Hüseyn erası sona çatdı. Lakin cənab Buş onu da əlavə etdi ki, hələ görülməli iş çoxdur və Birləşmiş Ştatlar 21-ci əsrin təhlükəsi olan terrorizmlə mübarizəyə başçılıq etməyə davam edəcək. Prezident Buş deyib ki, Birləşmiş Ştatlar və koalisiya qüvvələri işlərini başa çatdıranadək İraqda qalacaq. Səddamın ələ keçirilməsindən sonra ictimai rəy sorğularına əsasən preziden Buşun reyti yüksəlmişdir. İyul ayından etibarən bu, prezidentin reytinin ən yüksək göstəricisidir. Hələ bir ay əvvəl bu 10 xal aşağı idi.

XS
SM
MD
LG