Accessibility links

Pakistan Kəşmir məsələsində güzəştlərə hazırdır - 2003-12-18


Pakistan BMT-nin Kəşmirlə bağlı qətnamələrinin həyata keçirilməsi üçün uzun müddətdir irəli sürdüyü tələblərindən əl çəkməyə və Hindistana müəyyən güzəştlər etməyə hazır olduğunu bildirib. Röyter agentliyinə eksklüziv müsahibədə Pakistan prezidenti Pərviz Müşərrəf nüvə silahına malik olan iki ölkə arasında münaqişəni həll etmək səyləri çərçivəsində “cəsarətli və güzəştli” addımlar atmağa hazırlığını bəyan edib. Pakistan 50 ildən artıqdır bölünmüş Kəşmir əhalisinin Hindistan, ya da Pakistana qoşulmasını müəyyən etməyə imkan vermək üçün BMT-nin referendumuna təkid edirdi.

XS
SM
MD
LG