Accessibility links

Fələstinlilər Şaronun planlarından narazıdır - 2003-12-19


Fələstin liderləri İsrailin baş naziri Ariyel Şaronun sülh prosesində tərəqqi əldə edilmədiyi təqdirdə, Yəhudi dövlətini Fələstinlilərdən təcrid etmək planına etiraz bildiriblər. Baş nazir Əhməd Quria İsrailin “təktərəfli aksiya” adlnadırdığı addımının narazılıq doğurduğunu ifadə etmişdir. Bu arada yəhudi yaşayış məntəqlərinin bəzi sakinləri də yaşayış məntəqlələrinin yerinin dəyişdirilməsi haqda danışıqlara razı olmadıqlarını bildirmişlər. Cümə axşamı günü İsrailin baş naziri Şaron İsralin gələn aylar ərzində birtərəli şəkildə addımlar ata bildiyini bəyan etmişdi. Vaşinqtonda ABŞ rəsmiləri baş nazirin çıxışının sülh danışıqlarını durğunluq mərhələsindən çıxarmağa kömək edə biləcəyini demişlər. Lakin Ağ Ev İsraili “yol xəritəsi” sülh planına daxil edilməyən addımlardan çəkinməyə çağırmışdır.

XS
SM
MD
LG