Accessibility links

Əfqanıstanın konstitusiya layihəsi ilə bağlı razılıq əldə edilə bilər - 2003-12-20


Əfqan prezidenti Həmid Karzay hazırda yeni konstitusiya layihəsi ilə bağlı yığıncaq keçirən Ali Şura və ya Loya Cirgənin müzakirələri zamanı inkişaf əldə edildiyini deyir. Yeni konstitusiya iyun ayında Əfqanıstanda prezident seçkilərinə zəmin yaratmalıdır. Prezident Karzay şuranın ilin sonunadək müzakirələrini başa çatdıracağına ümid etdiyini, lakin lazım olsa bunun müddətinin uzadıla biləcəyini demişdir. Prezidentin dediyinə görə cari həftə ərzində şura 160 maddəli konstitusiya layihəsinin 60-dan çox maddəsini artıq müzakirə etmişdir.

XS
SM
MD
LG