Accessibility links

Bağdadın yanacaq obyektləri hücuma məruz qalıb - 2003-12-21


İraqın neft nazirliyinin birlidirdiyinə görə yaraqlıların Bağdadın cənub və şimal bölgəsindəki obyektlərə hücumları yanacaq qıtlığı mövcud olan İraqda vəziyyəti daha da ağırlaşdırmışdır. Nazirliyin nümayəndəsi yanacaq çənlərinin raket və bomba hücumuna tutulmasının Maşada regionunda neft kəmərinin partlamasına yol açdığını demişdir. Hücum 10 milyon litr benzinin sızmasına səbəb olub. Beləliklə də Amerika və İraqın neft sənayesinin bərpası səyləri daha bir çətinliklə üzləşir. İraqın benzindoldurma stansiyalarında uzun növbələr yaranmışdır.

XS
SM
MD
LG