Accessibility links

Səddam Hüseynin həbsi bir çox üsyançının həbsilə nəticələnib - 2003-12-21


Birləşmiş Ştatların Birgə Hərbi Qərargahlar rəisi general Riçard Mayers bildirib ki, keçən həftə Səddam Hüseynin həbsi Amerika əleyhdarı üsyançıların liderləri də daxil olmaqla, üzlərə iraqlının həbsinə gətirib çıxarmışdır. “Fox” teleşirkətinin bazar günü xəbər proqramına müsahibəsində general Mayers Səddamın həbsilə ABŞ qüvvələrinin üsyançıların struktur quruluşunu daha yaxşı anlamağa imkan verən informasiya əldə etdiyini demişdir. Cənab Mayers Səddamın istintaqla əməkdaşlıq etmədiyini də əlavə etmişdir. “Nyu York Tayms” qəzeti bugünkü nömrəsində Səddam Hüseynin İraqın sünnülərin yaşadığı əsas ərazilərində 20-30 ev dəyişərək neçə vaxtdır həbsdən yaxa qurtara bildiyini yazıb.

XS
SM
MD
LG