Accessibility links

ABŞ terror təhlükəsi səviyyəsinin artdığını deyir - 2003-12-21


Birləşmiş Ştatlar hökuməti terror hücumları riskinin artması ilə bağlı təhlükə səviiyəsini artacağını bildirir. ABŞ hökuməti bildirir ki, terror təhlükəsi 2001-ci ildə sentyabrın 11-dən sonra ən yüksək həddə çatıb. Birləşmiş Ştatların Daxili Təhlükəsizlik naziri Tom Ric Vaşinqtonda keçirdiyi mətbuat konfransında bildirib ki, hazırkı informasiya, onun sözlərilə, “xaricdəki ekstremistlər”in sentyabrın 11-i teror hücumlarıla eyni miqyaslı, ya da onlardan daha böyük terror hücumları həyata keçirməyə can atdığını göstərir. Tom Ricin bildirdiyinə görə, hökuməin terror təhlükəsi səviyyəsini qaldırması mümkün hücumlar haqda diqqətəlayiq məlumatlara əsaslanır. Daxili Təhlükəsizlik naziri habelə bildirib ki, bu addım terror hücumlarının qarşısını almağa xidmət edir. Hazırda ölkə üzrə terror təhlükəsi səviyyəsi sarı rəngdən narıncıya qaldırılıb.

XS
SM
MD
LG