Accessibility links

Avropa Birliyi Ermənistanın AES-nın bağlanmasını tələb edir - 2003-12-23


Ermənistanın Metzamor atom elektrik stansiyasının direktoru Avropa Birliyinin bağlanması tələbinə baxmayaraq, stansiyanın gələn 12 il işləyə biləcəyini bildirir. Avropa Birliyi stasiyanın seysmik zəlzələ zonasında yerləşdiyi üçün gələn il bağlanmasını tələb və birliyin bu sahədə Ermənistana yardımını təklif edir. Stansiyanın direktorunun bildirdiyinə görə Ermənistan obyektin işini alternativ enerji mənbəyi açıldığı təqdirdə daha tez dayandıra bilər. Ermənistanın elektrik enerjisinin 35 faizini təmin edən Metzamor atom elktrik stansiyası 1988-ci il zəlzələsindən sonra bağlanmış, 7 il bundan əvvəl isə reaktorlardan yalnız biri işə salınmışdı.

XS
SM
MD
LG