Accessibility links

Qəzzada 10 adam həlak olub - 2003-12-23


Qəzzə zolağında İsrail əsgərlərilə fələstinli yaraqlılar arasındakı döyüşlərdə 2 İsrail zabiti və 8 fələstinli həlak olub, 30-dan çox fələstinli bədən xəsarəti alıb. Fələstinli şahidlərin dediyinə görə İsrailin 40-a yaxın tank və zirehli maşını Qəzzənin cənubundakı Rəfah qaçqın düşərgəsinə daxil olmuşdur. İsrail Misirdən Qəzzə zolağına tunellər vasitəsilə silah qaçaqmalçılığının qarşısını almağa cəhd göstərdiyini bildirir. İsrail hərbi qüvvələrinin nümayəndəsi deyir ki, Fələstinli yaraqlılar İsrail əsgərlərini avtomat silahlarla və qumbaralarla atəşə tutmuşlar.Əməliyyatdan əvvəl Fələstin yaraqlıları Qəzzanın şərqində İsrail sərhəd keçid məntəqəsindəki əsgələri atəşə tutmuşlar. Atışmalarda iki israilli və bir fələstinli həlak olmuşdur. Rəsmi şəxslər Misrin xarici işlər naziri Əhməd Mahirin Qüdsün Əl-Əqsa məscidində qəzəbli kütlənin hücumuna məruz qalmasına baxmayaraq, İsrail ilə Fələstin muxtar idarəsi arasında sülh danışıqlarının bərpasına çalışdıqlarını bildirirlər.

XS
SM
MD
LG