Accessibility links

Bu gün ABŞ-da Milad bayramıdır - 2003-12-25


Bu gün dekabr ayının 25-i Amerikada ən böyük dini bayram Milad qeyd edilir. Amerikalılar artıq bir neçə həftədir ki, bayrama hazırlıq görür, hədiyyələr alır, evlər yolka ağacları, rəngarəng işıqlarla bəzənir. Bu gün ilin ən gözəl günü hesab edilir.Bir çox xristian İsa peyğəmbərin doğulduğu bu günü kilsələrə gedir, dünyaya sülhün zəruriliyindən danışır, dini mahnılar söyləyirlər. Bir çoxları üçün bu bayram ailənin bir yerə toplaşması, yemək və hədiyyələrin mübadiləsi günüdür. Milad bayramı günü bəzi amerikalılar evsizlərə yemək paylayır, Amerika və ümumiyyətlə yer üzündəki yoxsullara yardım məqsədi ilə xeyriyyəçilik edirlər.

XS
SM
MD
LG