Accessibility links

İstanbulda terror hücumlarının arxasında duran qrup məhv edilib - 2003-12-26


Qərargahı İstanbulda yerləşən qrupun Əl-Qaidə terror şəbəkəsilə əlaqəsi olduğu deyilir. Mətbuat konfransında çıxış edən İstanbul valisi Müəmmar Güler iki yəhudi sinaqoqu, Britaniya konsulluğu və bankına qarşı intihar hücumlarına görə məsuliyyət daşıyan qrupun məhv edildiyini elan etdi. Cənab Güler qeyd etdi ki, qrupun gələcəkdə həyata keçirməyi planlaşdırdığı hücumların qarşısı alınıb. İstanbul valisinin bugünkü açıqlamaları 60-ya yaxın admın ölümü və yüzlərlə adamın yaralanmaıs ilə nəiticələnmiş terror hücumlarında əsas şübhəli şəxslərin həbsindən sonraya təsadüf edir. Şübhəlilərin çoxunun Əfqanıstan, Pakistan, Bosniya və Çeçenistanda təlim keçib islamçı yaraqlılar tərəfində döyüşdüyü iddia edilir. Bəzilərinin hətta Əfqanıstanda Üsəma Bin Ladenlə görüşdüyü və Əl-Qaidə liderindən Türkiyədəki qərb obyektlərinə qarşı hücumlar həyata keçirmək tapşırığı aldığı deyilir. Türkyədəki terror qrupunun lideri hesab olunan Harun İlhan Konyada həbs edilmişdir. O dəfələrlə səyahətə çıxan xarici gəmilərin terror hüucmlarının əsas hədəfi olduğunu etiraf etmişdir. Digər şübhəli Fövzi Yitiz isə Birləşmiş Ştatlar və Britaniya hərbiçilərinin istaifadə etdiyi İncirlik hərbi bazasının Üsəma Bin Ladenin terror hücumlarına hədəf olmaq istədiyi əsas obyetklər arasında olduğunu açıqlamışdır. Bu planlar təhkükəsizlik tədbirlərinin güclənməsi səbəbilə gerçəkləşdirilməmişdir. Vali Gülerin dediyi kimi, istintaq zamanı 159 adam sorğuya tutulmuşdur. Onlardan 35-nə qarşı ABŞ-ın Federal Təhqiqat Bürosu və Britaniyanın Skotland Yard agentliklərinin köməyilə aparılmış istintaq nəticəsində ittihamlar irəli sürülmüşdür. Müəmmər Güler əlavə etmişdir ki, İstanbul və onun ətraflarında keçirilmiş reydlər zamanı polis çoxlu miqdarda partlayıcı maddə, bombanı işə salmaq üçün cihaz və silah aşkar emişdir. İstanbul valisi şübhələnilənlərin heç birisinin Türkiyənin islamçı qrupları ilə əlaqəsi olmadığını bəyan etmiş və gələcəkdə yeni terror hücumlarının həyata keçirilə biməsilə bağlı qorxulara əsas olmadığını demişdir.

XS
SM
MD
LG