Accessibility links

ABŞ və İran diplomatları zəlzələ qurbanlarına yardımı müzakirə ediblər - 2003-12-28


Birləşmiş Ştatların İranda zəlzələ qurbanlarına yardım təklifi iki ölkənin yüksək səviyyəli diplomatı arasında birbaşa danışıqlara gətirib çıxarıb. Birləşmiş Ştatların Dövlət katibinin müavini Riçard Armitaj Vaşinqtonun yardımını İranın BMT-dəki xüsusi nümayəndəsi Cavad Zəriflə telefon söhbəti zamanı müzakirə edib. Dövlət Departmanentinin sözçüsünün bildirdiyinə görə, bu birbaşa telefon söhbəti İranda yaranmış vəziyyətlə əlaqədar olub və ABŞ-ın İrana siyasətində hər hansı bir dəyişikliyə işarə kimi qiymətləndirilə bilməz.

XS
SM
MD
LG