Accessibility links

İsrail Suriyanın sülh təkliflərini öyrənir - 2003-12-28


İsrailin baş naziri Ariyel Şaron kabinetinə Suriyanın sülh danışıqlarına başlamaq haqda yeni çağırışlarını öyrənməyi tapşırıb. Cənab Şaron yeni danışıqlara başlamazdan əvvəl İsrail hökumətinin Suriyanın təkliflərinin səmimi olub-olmadığını müəyyənləşdirəcəyini deyib. Bundan əvvəlki danışıqlar 2000-ci ildə bir nəticə olmadan başa çatmışdı. Dekabrın əvvəli Suriya prezidenti Bəşşar əl-Əsəd “Nyu York Tayms” qəzetinə müsahibədə Vaşinqtonun yeni danışıqlarda vasitəçilik etməsini istədiyini demişdi.

XS
SM
MD
LG