Accessibility links

İranda zəlzələ nəticəsində ölənlərin sayı 22 minə çatır - 2003-12-28


İranın Daxili İşlər nazirliyii bildirir ki, Bəm şəhərində baş verən zəlzələnin nəticəsində 20 mindən çox adam həlak olmuş, 30 min adam yaralanmışdır. Zəlzələnin üçüncü günü xilasetmə səyləri xüsusi təlim keçmiş itlərin yardımı ilə davam edir. Cümə günü Rixter şkalası ilə 6,5 bal gücündə baş vermiş zəlzələ nəticəsində arixi Bəm şəhərinin demək olar ki, tam dağıdıb. Rəsmilərin bildirdiyinə görə, şəhər binalarının 70 faizi çöküb. İranın dövlət xəbər agentliyinin məlumatına görə, şənbə və bazar günləri ərzində xilasetmə işçiləri dağıntılar altından 2 min nəfəri sağ çıxara biliblər. Zəlzəldən zərər çəkənlərə yardım etmək üçün dünyanın bir çox ölkəsindən xilasetmə işçiləri Bəm şəhərinə gəlib. Daxili İşlər Nazirliyi dağıntılar altından minlərlə cəsədin çıxarıldığını bildirib. İranın səhhiyyə nazirliyinin rəsmiləri epidemiyanın qarşısını almaq üçün həlak olanların darhal dəfn olunmasına çalışırlar. Minlərlə adam zəlzələ nəticəsində evsiz qalıb. Beynəlxalq Qırmızı Xaç cəmiyyətinin nümayəndəsi Knut Kasperson Bəm şəhərində müxbirlərə deyib ki, Avropanın bir çox ölkəsi, İranın qonşuları, Birləşmiş Ştatlar və Kanadanın Qərmızı Xaç cəmiyyətləri İrana humanitar yardım göndəriblər.

XS
SM
MD
LG