Accessibility links

Liviya nüvə müfəttişlərilə əməkdaşlıq edir  - 2003-12-29


BMT-nin nüvə agentiliyinin başçısı Liviyanın kütləvi qırğın silahları istehslaın proqramlarının dayandırılması prosesində agentliyin müfəttişlərilə əməkdaşlıq etmək prinsiplərinə riayət etdiyini bəyan edib. Beynəlxalq Atom Enerjisi agentliyinin başçısı Məhəmməd ƏlBaradeinin bildirdiyinə görə, Liviya BMT-nin müfəttişlərilə əməkdaşlıq və açıqlıq ruhunda işləmək istədiyini nümayiş etdirir. Tripolidə müxbirlərlə danışan cənab ƏlBaradei deyib ki, müfəttişərlərə uranın zənginləşdirilməsində istifadə edilən avadanlıq göstərilib. Nüvə agentliyinin rəhbəri bununla belə əlavə edib ki, Liviyanın uranın zənginləşdirilməsi proqramı hələ başlanğıc mərhələdədir. O artıq sökülüb qutulara yığılmış sentrifuqa cihazının yüksək texnologiyaya əsaslandığı qeyd etmişdir. ƏlBaradi habelə demişdir ki, Liviya nüvə silahlarının yayılmaması haqda əlavə protokola imza atacağını bildirib, lakin protokol hələ imzalanmasa da onun qüvvədə ola bildiyi kimi fəaliyyət göstərəcək. Nüvə agentliyinin başçısı Liviyada iki gün qaldıqdan sonra Tripolidən Vyanaya uçmuşdur. Liviyada qalan müfəttişlər komandası cümə axşamı gününə qədər işi davam etdirəcək.

XS
SM
MD
LG