Accessibility links

Golan Təpələrində yahudi məskunlaşmaları genişləndiriləcək - 2003-12-31


İsrailin bildirdiyinə görə 1967-ci ildə işğal etdiyi Suriyanın Golan təpələrindəki yahudi yaşayış məntəqələrinin genişləndiriləcək. İsrailin kənd təsərrüfatı naziri Yisrael Kats bildirib ki, genişlənmə planına əsasən 900 ailə həmin sahələrə yerləşdiriləcək və gələn 3 il ərzində bölgəyə 50 milyon dollar məbləğində vəsait ayrılacaq. Qeyd edək ki, bu regionda artıq 18 min israilli yaşayır. Bütün bunlarla yanaşı, İsrail əsgərləri bu gün İordan çayının qərb sahilindəki inşaat işlərinə etiraz edənlərə qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.

XS
SM
MD
LG