Accessibility links

ABŞ İrana ixracat məhdudiyyətlərini yüngülləşdirib - 2004-01-01


Prezident Buş idarəsi Bəm şəhərində zəlzələdən zərər çəkənlərə humanitar yardım məqsədilə İrana tətbiq etdiyi ixracat məhdudiyyətlərini yüngülləşdirib. Bu qərar Vaşingtonun zəlzələdən sonra attığı axırıncı addımdır. ABŞ Maliyyə Nazirliyi ölkənin qeyri-dövlət təşkilatlarına 90 gün ərzində zəlzələdən zərər çəkənlərə maliyyə yardımı göstərməyə icazə verib. ABŞ rəsmiləri bunu da deyiblər ki, əsas olaraq İrana ixracatı qadağan olan bəzi nəqliyyat avadanlıqları və peyk telefonlarının bu ölkəyə ixracına da icazə verilib. İran hökuməti ABŞ-ın qərarını məmnunluq hissi ilə qarşılayıb. İranın xarici işlər naziri Kamal Xərrazi deyib ki, bu tədbirlər Amerikada yaşayan İranlıların zəlzələdən zərər çəkənlərə yardım göstərmələrinə kömək edir. O bunu da qeyd edib ki, ABŞ-ın İrana tətbiq etdiyi sanqsiyaların bir təsiri olmayıb. İranın başqa rəsmi şəxsləri isə Birləşmiş Ştatların attığı addımların iki ölkə münasibətlərinin yaxşılaşmasına gətirib çıxarda biləcəyini deyiblər.

XS
SM
MD
LG