Accessibility links

Əfqanlar, ABŞ və BMT yeni konsitutiyanı xilas etməyə çalışır  - 2004-01-02


Kabildə Əfqanıstanın dövlət başçıları ölkənin yeni konstitusiyası haqda razılığın əldə edilməsilə bağlı yaranmış vəziyyətdən çıxmaq üçün Birləşmiş Ştatlar və BMT-nin rəsmiləri ilə bağlı qapılar arxasında görüş keçirirlər. Konstitusiya layihəsi ətrafında müzakirələr ölkənin ali assamebleyası olan Loya Cirgənin 500-dən çox nümayəndəsi arasında qızğın mübahisələrə səbəb olduğu üçün iclas şənbə gününə qədər təxirə salınıb. Prezident Həmid Karzai iyirmi ildən artıq müharibənin getdiyi ölkənin bərpası üçün güclü prezidentlik sisteminin zəruri olduğuna inanır. Prezident Karzaya cənubda puştular güclü dəstək verirlər. Lakin islamçılar və Şimal Alyansı prezidentin vəzifəsini necə icarə etdiynə nəzarət etmək üçün güclü parlament tərəfdarı kimi çıxış edirlər.

XS
SM
MD
LG