Accessibility links

Liviya: ABŞ sanksiyaları ləğv etməlidir - 2004-01-02


Vaşinqton Liviyaya qarşı mayın ortalarına qədər sanksiyaları götürməsə, Liviya hökuməti özünü Lokerbi hücumu qurbanlarının ailələrinə kompensasiyanın qalan hissəsini ödəməyə borclu hesab etməyəcək. Bu sözləri Liviyanın baş naziri Şükri Ğanim “Nyu York Tayms” qəzetinə müsahibəsində deyib. Baş nazir bildirib ki, Birləşmiş Ştatlar Liviyanın gizli nüvə proqramını dayandırmasına tez bir zamanda qiymət verməlidir. Şükri Ğanim habelə əlavə edib ki, Lokerbi hadisəsi zamanı qurban getmiş 270 adamın hər birinin ailəsinə 10 milyon dollar məbləğində kompensasiyanın ödənilməsi şərtləri ABŞ-ın Liviyaya qarşı tətbiq edilən sankaisyları aradan qaldırmasını və Liviyanı terror siyahısından çıxarmasını tələb edir.

XS
SM
MD
LG