Accessibility links

Gürcüstanda prezident seçkilərində səsvermə başa çatıb - 2004-01-04


Yeni lideri seçkiləri seçicilərin böyük fəallığı ilə keçib. Gürcüstanın seçki rəsmilərininin bildirdiyinə görə, seçkilərin etibarlı sayılması üçün tələb olunan 50 faizlik kvorum əldə edilib. Seçkilərdə qalib gəlmək üçün ən şanslı namizəd müxalifət lideri Mixail Saakaşvilidir. Seçki məntəqələrində aparılan sorğulara əsasən, Mixail Saakaşvili səslərin 85 faizini əldə edib. Amerikada təhsili almış 36 yaşlı hüquqşunas korrupsiyaya qarşı mübarizə aparacağına, ölkə bazarını investorlar üçün açacağına və Gürcüstanın separatçı regionunlarında hakimiyyəti bərpa edəcəyinə söz verib.

XS
SM
MD
LG