Accessibility links

Növbədə Tehranmı Dayanıb? - 2004-01-05


İranın Bəm şəhərində baş verən və 30 min adamın ölümünə səbəb olan zəlzələ payıtaxtın Tehrandan daha təhlükəsiz bir şəhərə köçürülməsi mübahisələrinin yenidən başlamasına səbəb olub. Tehran da zəlzələ bölgəsində yerləşir və mütəxəssislər güclü bir zəlzələ baş versə payıtaxtda yüzminlərlə adamın həlak ola biləcəyini bildirirlər. İranın rəsmiləri həm zəlzələ və həm də çirklənmə səbəbilə başqa bir şəhərin payıtaxt olmasını nəzərdən keçirirlər. İranın medyası Ali Nəzarət Şurasının yaxın günlərdə məsələyə baxacağını bildirir. Bu məqsədlə nəzərdə tutulan şəhərlərdən biri İranın 16-cı əsrdəki payıtaxtı İsfahandır.

XS
SM
MD
LG