Accessibility links

Hindistan və Pakistan Kəşmir ətrafında danışıqları bərpa edəcək - 2004-01-06


Hindistan və Pakistan Kəşmir və iki tərəflimünasibtlər ətrafında rəsmi danışqları gələn ay bərpa etmək haqda razılıq əldə ediblər. Razılığın əldə olunması ilə bağlı açıqlamalar dünən təkbətək görüş keçirən Hindistanın baş naziri Atal Behari Vəcpayi və Pakistanın prezidenti Pərviz Müşərrəf tərəfindən bu gün İslamabadda birgə bəyanatda elan edilmişdir. Dövlət başçıları 2001-ci ildən kəsilmiş danışqların bərpa edilməsilə iki ölkə arasında uzun müdətdir həllini tapmamış bir sıra məsələlərinin, o cümlədən, Kəşmir probleminin nizamalanmasına gətirib çıxaracağına əmin olduqlarını ifadə etmişlər. Yeni danışıqların nə zaman və harada keçiriləcəyi hələlik müəyyən edilməyib.

XS
SM
MD
LG