Accessibility links

ABŞ mühacirət haqqındakı qanunlarında dəyişikliklər edir - 2004-01-07


Prezident Buş bu gün Vaşinqton vaxtı ilə saat 14:45-də Birləşmiş Ştatların mühacirət haqqındakı qanununda dəyişikliklər etdiyi haqqında bəyanat verəcək. Bunun nəticəsində milyonlarla mühacir Amerikada işləmək icazəsi əldə edəcək. Yeni müvəqqəti işçilər proqramı ya Birləşmiş Ştatlarda olan, yaxud da Birləşmiş Ştatlara gəlməyi gözləyən və işləmək sənədləri olmayanlara aiddir. Bu plan hazırda Amerikada olan və qeyri-qanuni mühacirlər üçün bir əvfdir. Bundan istifadə edə bilən mühacirlər Amerikada qanuni işləyənlər kimi az əmək haqqından və qanuni hüquqlardan istifadə edəcəklər. Prezident Buşun bu planı konqress tərəfindən təsdiq edilməlidir. Konqresdəki mühafizəkar respublikaçılar planı tənqid edərək bildirirlər ki, bu plan qanunları pozur və Birləşmiş Ştatlara qeyri-qanuni gələnləri mükafatlandırır. Birləşmiş Ştatlar rəsmiləri deyirlər ki, mühacirlərə müvəqqəti işləmək üçün icazənin verilməsi, onların “green kard” əldə etməsi demək deyil. Onlar Amerikanın vətəndaşı da ola bilməzlər. Bu Amerikada qanunsuz yaşayan mühacirləri vətənlərinə qayıtmağa təşviq edən bir plandır. Beləliklə, onlar vətənlərinə getdikdən sonra Birləşmiş Ştatlara qayıda bilərlər. Prezident Buş bu planı açıqlamaqdan əvvəl meksikalı həmkarı Foksla telefonla danışmışdır. Cənab Foks ölkəsinə yardım etmək üçün Birləşmiş Ştatları mühacirət qanununda dəyişikliklər etməyə çağırmışdır.

XS
SM
MD
LG