Accessibility links

Suriya və Türkiyə İraqda kürd muxtariyyətinin yarana bilməsindən narahatdır - 2004-01-07


Suriya prezidenti Bəşər Əl-Əsəd bildirib ki,o və onun türkiyəli həmkarə yeni İraqda kürd muxtariyyatı barədə verilən təkliflərdən narahatdırlar. Cənab Əsəd qeyd edib ki, hər iki ölkə İraqın ərazi bütövlüyünə təhlükə yarada biləcək məsələni pisləyir. Liderlər bu məsələni Suriya prezidentininTürkiyə paytaxtı Ankaraya səfəri zamanı müzakirə ediblər. Qeyd edək ki, İraqın bəzi kürd liderləri İraqdan müstəqillik istəmədiklərini, lakin federal sistemin tərkibində daha geniş muxtariyyət istədiklərini bəyan ediblər.

XS
SM
MD
LG