Accessibility links

Sudan hökuməti üsyançılarla müqavilə imzalayıb - 2004-01-07


Sudan hökuməti ilə üsyançı qrup olan Sudan Xalq Azadlıq Ordusu arasında dövlət vəzifələrini bölüşdürmək məqsədi ilə müqavilə imzalanıb. Müqaviləni Sudanın vitse prezidenti Əli Osman Taha və üsyançıların lideri Con Qarang imzalayıb. Bu, ölkədə 20 ildən bəri davam edən vətəndaş müharibəsinin bitməsinə zəmin hazırlayır. Müqaviləyə əsasən hökumət Sudanın cənubundakı neft və digər təbii sərvətləri üsyançılarla bərabər böləcək. Tərəflər arasında 3 məntəqənin statusu və digər məsələlər barədə danışıqlar bundan sonra da davam etdiriləcək.

XS
SM
MD
LG