Accessibility links

ABŞ vertolyotunun vurulduğu ehtimal edilir - 2004-01-10


Birləşmiş Ştatların Bağddadakı hərbi nümayəndəsi briqada generalı Mark Kimmitt bu gün müxbirlərə bildirmişdir ki, bu həftənin əvvəllərində qəzaya uğrayan Amerikanın tibbi təyyarəsinin vurulub salındığını ehtimal edilir. General istintaqın hələ başa çatmadığını, lakin ilkin nəticələrin veltolyota yerdən atəş açıldığını göstərdiyini demişdir. Xatırladaq ki, vertolyot cümə axşamı Fəculla şəhəri yaxınlığında düşmüş, içərisində olan 9 əsgərin hamısı həlak olmuşdu. Danimarka əsgərləri tanınmayan maye ilə dolu 30-a yaxın top mərmisi aşkar etmişlər. Düzənlikdə yerə basdırılan mərmilər tərkibində kimyəvi maddələr olub-olmadığının müəyyən edilməsi məqsədi ilə təhlil edilməlidir.

XS
SM
MD
LG