Accessibility links

Polşa və Rumıniya ABŞ hərbi bazalarını ərazilərində yerləşdirməyə hazılaşır  - 2004-01-11


Keçən il ABŞ müdafiə nazirliyi Avropadakı hərbi kontinqent və bazaların bir hissəsinin yeni ərazilərdə yerləşdirilməsilə bağllı geniş planın həyata keçiriləcəyini bəyan etdi. Planın gerçəkləşməsi istiqamətində ilk səylər çərçivəsində Polşa və Rumıniya öz ərazilərində Amerika bazalarının yerləşdirilməsilə bağlı danışıqlara başlamağa hazırlaşırlar. Qısa bir müddət ərzində Vaşinqtonla müzakirələrin başlanacağı gözlənilir. Sovet İttifaqı dövründə Varşava müqaviləsinə daxil olmuş hər iki ölkə Birləşmiş Ştatların Avropada əsas müttəfiqi olan Fransa və Almaniyadan fərqli olaraq ABŞ-ın başçılığı ilə İraqa qarşı müharibəni dəstəkləmişdi. Dörd il bundan əvvəl NATO-ya üzv olmuş Polşanın İraqda iki min əsgərdən ibarət hərbi qüvvəsi var. Müdafiə naziri Jerzi Şmadcinskinin bildirdiyinə görə, Polşa ölkə ərazisində Amerikanın hərbi bazalarının yerləşdirilməsini istəyir. Lakin bunun maliyyə xərclərini kimin ödəyəcəyi məsələsi hələlik açıq olaraq qalır. Keçən il Polşanın sovet tipli ölkə ordusunu NATO standartlarına uyğunlaşdırmaq üçün Birləşmiş Ştatlar, Finlandiya və İsraillə imzaladığı bir neçə milyard dollarlıq hərbi sazişlər dövlət büdcəsinin tükənməsinə gətirib çıxarmışdır. Amerika hərbi qüvvələrinin Polşada yerləşdirilməsi bu ayın sonu Vaşinqtonda Polşa prezidenti Aleksandr Kvasniyevski və ABŞ prezidenti Buş arasında keçiləcək görüşdə mükazirə olunacaq. Bu il NATO-ya üzv qəbul olunacaq Rumıniya da açıq bildirib ki, Amerika hərbi qüvvələrini öz ərazisində yerləşdirməyə hazırdır. Baş nazir Adrian Nastase deyib ki, Rumıniya Qara dənizə çıxışı və Yaxın Şərq regionuna yaxın olduğu üçün ABŞ hərbi qüvvələri strateji baxımdan əlverişli mövqedə olacaq. Rumıniya ilə həmsərhəd Bolqarıstan İraq müharibəsi zamanı Amerika hərbi təyyarələrinə öz hava hövzəsindən istifadə etməyə icazə vermişdi. Birləşmiş Ştatlarda strateji hərbi əməkdaşlığı inkişaf etdirən Macarıstan Birləşmiş Ştatlara yardım etməyə hazır olduğunu bildirir. Bununla belə, Macarıstan Vaşinqton və NATO-nu təcili hərbi vəziyyətlərdə çevik reaksiya göstərilmədiyinə görə tənqid edir. Macarıstan parlamenti bu yaxınlarda hökumətə uzun sürən parlament prosesləri olmadan xarici ölkələrə sühümühafizə missiyası göndərmək hüququ verən qanun layihəsini təsdiq etmişdir.

XS
SM
MD
LG