Accessibility links

Iraqda 7 neft  oğrusu öldürülüb - 2004-01-12


Birləşmiş Ştatların hərbi şəxsləri bildirirlər ki, amerika əsgərləri İraqın cənubunda neft kəmərindən neft oğurluğuna cəhd edən silahlı adamlarla toqquşmada yeddi iraqlını qətlə yetiriblər. Hadisə bazar günü axşam Samarra şəhərinin yaxınlığında baş verib, Rəsmi şəxslər bildirirlər ki, əsgərlər qrupa yaxınlaşdıqları vaxt atəşə məruz qalıblar. Cavab atəşi nəticəsində yeddi iraqlı öldürülüb, digərləri isə hadisə yerindən qaçıb gızlənə biliblər. Toqquşma zamanı üç yanacaq maşını məhv edilib. Başqa bir insident zamanı isə, Bağdadda yolun kənarına qoyulmuş bombanın partlayışı nəticəsində iki amerikan əsgəri həlak olub.

XS
SM
MD
LG