Accessibility links

Putin baş nazir Kasyanovu korrupsiya ilə mübarizə şurasına sədr təyin etdi - 2004-01-12


Rusiya prezidenti Vladimir Putin baş nazir Mixail Kasyanovu korrupsiya ilə mübarizə şurasının başçısı təyin edib. Noyabr ayında verilmiş fərmana əsasən təşkil olunmuş Şura korrupsiya mənbələri haqda prezidentə məlumatlan verməli və korrupsiyanın təsirlərinə qarşı mübarizə aparmalıdır. Rusiya prezidenti söz verib ki, Sovet İttifaqı dağılandan sonra yaranmış iqtisadi qeyri-sabitlik dövrü qeyri-qanuni yolla mənfəət əldə edən şəxslərin cəzalandırılacaq. Keçən ay Rusiya məhkəmələri nəhəng neft şirkəti YUKOS-u üç milyard dollar məbləğində vergidən yayınmaq ittihamları irəli sürdülər. Məhkəmə şirkətin bilərəkdən 2000-ci ildə vergi ödəmədiyini və onun prezidenti Mixail Xodorkovskini vergidən yayınmaq, saxtakarlıqda ittiham etmişdir. Xodorkovskinin tərəfdarları oun müxalifət partiyalarını malliyyələşdirdiyinə görə həbs edildiyini bildirirlər.

XS
SM
MD
LG