Accessibility links

Berluskoninin toxunulmazlıq hüququ ləıv edildi - 2004-01-13


İtaliyanın konstitusiya məhkəməsi baş nazir Silvio Berluskoni və İtaliyanın digər 4 liderinə toxunulmazlıq hüququ verən qanunu rədd etmişdir. Məhkəmə 7 aylıq bu qanunun qeyri-legitimliyini elan edərək ləğv etmişdir. Bu mübahisəli qanun baş nazirə rüşvətxorluqla bağlı ittihamlar və onun korrupsiya ittihamı ilə cəlb edildiyi Milan məhkəməsindən azad etmişdi. Konstitusuya məhkəməsi toxunulmazlıq hüququ ilə bağlı həmin qanunu İtaliya prezidenti, parlamentin hər iki palatasının spikeri və konstitusiya məhkəməsinin prezidentinə şamil etmişdir. Qeyd edək ki, bu nümayəndələrin heç biri cinayətkarlıqda ittiham edilməmişlər.

XS
SM
MD
LG