Accessibility links

Rus qüvvələrinin Gürcüstanı tərk etməsi vaxt tələb edir - 2004-01-14


Rusiyanın müdafiə naziri Sergey İvanov rus qüvvələrinin Gürcüstandan çıxarılmasının uzun bir proses olacağı və bunun ölkələr arasında saziş əldə edilməsini tələb etdiyini deyib. Cənab İvanov bildirib ki, Rusiyanın hərbi personalının sovet dövründən Gürcüstanda qalan iki bazanı tərk etmələrindən sonra orada yeni hərbi postlara ehtiyac olacaq. Qeyd edək ki, Müdafiə naziriSergey İvanov bu açıqlamanı Sibirin Krasnoyarsk şəhərində etmişdir. Dünən Birləşmiş Ştatlar Rusiyanın arzu edilməyən bölgələrdəki hərbi mövcudluğuna son qoyması üçün ona yardım göstərəcəyini bildirmişdi.

XS
SM
MD
LG