Accessibility links

Kamikadze hücumu nəticəsində 4 israilli həlak olub - 2004-01-14


Fələstinli bir kamikadze qadının İsrail və Qəzza zolağı arasındakı Erez keçidindəki hücumu nəticəsində 4 israilli həlak olmuş, 7 adam yaralanmışdır. Bu keçid fələstinlilərin iş üçün İsrailə getdikləri əsas yoldur. İsrail hökumətinin nümayəndəsi David Beyker hücumun yalnız israillilərə deyil, Fələstinin iqtisadiyyatına qarşı yönəldiyini demişdir. Fələstinin baş naziri Əhməd Qureya hücumu pisləməmiş, lakin ortaq atəşkəsə səsləmişdir. O demişdir ki, fələstinlilərə qarşı məhdudiyyətlər və İsrail tərəfindən reydlər zorakılıq və əks-zorakılıqlara yol açır.

XS
SM
MD
LG