Accessibility links

Şiə lideri İraqda seçkilərin birbaşa keçirilməsini tələb edir  - 2004-01-14


Buş administrasiyası İraqda hakimiyyətin şiələrin ruhani lideri Ayatollah Əli Əl-Sistanı da daxil edilməklə, tənqidləri qarşılayacaq şəkildə iraqlılara təhvil verilməsinə yol tapılacağına inandığını bildirir. Şiə lideri İraqda qanunverici orqanın təşkili üçün seçkiqabağı kampaniya sistemi deyil, birbaşa seçkilər keçirilməsini tələb edir. Ayatollanın noyabr ayında İraqın Ali Şurasının təqdim etdiyi seçkilər planına etirazı İraqda hakimiyyətin təhvili məsələsi üzərində mübahisəyə yol açmışdır. Lakin Dövlət Departamentinin rəsmiləri danışıqlar davam edərsə hər hansı bir müsbət nəticənin əldə edilməsinə və vəd edildiyi kimi hökumətin iyul ayının 1-də təhvil verilməsinə inandıqlarını deyirlər. Bazar günü verdiyi bəyanatda Ayatolla Əl-Sistani Birləşmiş Ştatların dəstəklədiyi planı rədd edərək birbaşa seçkilər keçirilməsini tələb etmişdi. Plan müvəqqəti hökumətin yaradılması üçün İraqın 18 vilayətində seçki kampaniyalarının aparılmasını nəzərdə tutur. Birləşmiş Ştatlar rəsmiləri isə deyirlər ki, seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi üçün iyun ayının sosnunadək əhalinin sayılması, seçicilərin qeydiyyatdan keçirilməsi və seçki qanunlarının müyyənləşdirilməsinə vaxt yoxdur. Dövlət Departamentinin nümayəndəsi Adam Ereli mətbuat konfrasında bildirib ki, Birləşmiş Ştatlar tənqidləri nəzərə alaraq hakimiyyətin təhvil verilməsinin vaxtında həyata keçirilməsi üçün güzəştlərə getməyə hazırdır. O deyib: “Birbaşa olmayan seçkilərin necə keçirilməsi barədə İraq xalqının tələb etdiyi şəffaflıq və aydınlıq, habelə verilən möhlət nəzərə alınmaqla İraqın ayrı-ayrı partiyaları ilə məsələnin texniki tərəflərini müzakirə edə bilərik. Həm legitimlik, həm də şəffaflıq baxımından burada noyabrın 15-i razılığına uyğun metodlar mövcuddur.” Birləşmiş Ştatların diplomatı deyir ki, Amerika rəsmiləri noyabrın 15-də qəbul edilmiş planda dəyişikliklər edilməsindən danışmırlar. Onlar müvəqqəti hökumətin təşkilində buradakı şərtləri minimuma endirmək firkrindədirlər. Dövlət Departamentinin nümayəndəsi planla bağlı qayğıların necə aradan qaldırılması haqda heç nə deməsə də, Amerikanın rəsmi nümayəndələri BMT-nin güzəştlərdə rol oynayacağına ümid edirlər. Şiərlərin lideri demişdir ki, Amerikanın hərbi qüvvələrinin İraqda qalıb-qalmamsına birbaşa seçilmiş İraq nümayəndələri qərar verməlidir.

XS
SM
MD
LG