Accessibility links

Özbək təyyarəsi qəzaya uğrayıb - 2004-01-14


Bu gün Özbəkistanda ticarət təyyarəsinin qəzaya uğraması nəticəsində 37 adamın həlak olması ilə ölkədə matəm elan edidlib. Özbək prezidenti İslam Kərimov Daşkənd hava limanında baş vermiş hadisə yerində olmuşdur. Səlahiyyətli nümayəndələrin bildirdiyinə görə Əfqanıstan sərhədləri yaxınlığındakı Termez şəhərindən uçan Yak-40 təyyarəsi sıx duman şəraitində enməyə cəhd edərkən qəzaya uğramışdır. Qəzadan heç kimin sağ qurtarmadığı bildirilir. Xarici İşlər Nazirliyi hadisə ilə bağlı cinayət işi qaldırıldığını bildirsə də, bunun terror hücumu olduğuna dair heç bir dəlil əldə edilməmişdir.

XS
SM
MD
LG