Accessibility links

İranda etiraz aksiyaları davam edir - 2004-01-14


İranın ali dini rəhbəri Ayatullah Əli Xameneyi Nəzarət Şurasını Milli Məclisin islahatçı üzvlərinin yenidən öz yerlərinə seçilmələri üçün namizədliklərinin irəli sürə bilməməsi haqqındakı qərarı yenidən nəzərdən keçirməyə çağırıb. Ayatullah Əli Xameneyi bu sərəncamı prezident Xatəminin Milli Məclisin üzvlərinə 4 gündən bəri davam etdikləri oturaq nümayiş aksiyalarını dayandırmaq çağırışından sonra verib. Prezident Xatəmi çağırışında siyasi böhranın danışıqlar yolu ilə nizama salınacağına inandığını bildirib. Milli Məclisin tanınmış üzvlərindən biri Möhsün Armin deyib ki, nümayişçilər prezidentin çağırışını rədd edərək etirazlarını davam etdirəcəklərini bildirmişlər. Nəzarət Şurası 8 mindən çox adama Milli Məclisə seçilmək üçün namizədliklərini irəli sürmələrinə icazə verməyib. Onların arasında Milli Məclisin 80 üzvü də var. Siyasi böhranı danışıqlar yolu ilə nizama salmağa çalışan prezident Xatəmi Nəzarət Şurasının qərarını tənqid edərək deyib ki, qərar İranın maraqlarına uyğun deyil. Qahirə universitetinin iranşunas alimi professor Pakinam Əl Şəgərvi Amerikanın səsinin müxbirinə deyib ki, İranda keçmişdə də siyasi böhranlar baş vermişdi. Lakin indiki böhran daha ciddidir. O, böhranın İranın ali dini rəhbəri Ayatullah Əli Xameneyi tərəfindən həll ediləcəyinə inandığını bildirib.

XS
SM
MD
LG