Accessibility links

AZƏRBAYCANDA OKTYABR HADİSƏLƏRİLƏ BAĞLI HƏBS EDİLƏN MÜXALİFƏT LİDERLƏRİNİN HƏBS MÜDDƏTİ DAHA ÜÇ AY UZADILIB - 2004-01-15


TURAN xəbərlər agentliyinin verdiyi məlumata görə yanvarın 15-də Nəsimi rayon məhkəməsinin hakimləri Məmməd Zülfüqarov və Xəlil Xəlilov oktyabr hadisələrilə bağlı həbs olunan müxalifət liderlərinin həbs müddətinin daha üç uzadılması barədə qərar qəbul edib. Bu barə TURANa vəkil Mirismayıl Hadı məlumat verib. Onun sözlərinə görə, məhkəmə baş prokurorun müavini Ramiz Rizayevin təqdimatı əsasında bu qərarı çıxarıb. Beləliklə, Müsavt Partiyası başqanının müavinləri İbrahim İbrahimli, Sülhəddin Əkbər, Arif Hacılı, Xalq Partiyasının sədri Pənah hüseyn, Ümid Partiyasının sədri İqbal Ağazadə, Demokrat Partiyasının baş katibi Sərdar Cəlaloğlu daha üç ya həbsdə qalacaq.

Vəkilin fikrincə, qərar çıxarılarkən kobud qanun pozuntusuna yol verilib. Belə ki, hakim məsələyə formal yanaşıb, prokurorluğun təqdimatında müttəhimlər barəsində həbs qəti-imkan tədbiri seçilməsini əsaslandıra bilməyib. Vəkil bu qərardan yuxarı instansiyalara şikayət edəcəyini bildirib.

XS
SM
MD
LG