Accessibility links

ABŞ İraqıda hakimiyyətin iraqlılara keçidi planını nəzərdən keçirir - 2004-01-16


Birləşmiş Ştatların İraqdakı yüksək səviyyəli administratoru Pol Bremer İraqda hakimiyyətin koalisiyadan ölkə hökumətinə keçidi planına korrektivləri müzakirə etmək üçün Vaşintondadır. Cənab Bremer prezident Buş və administrasiyanın rəsmiləri görüşlər keçirib. Ağ Evin mətbuat katibinin bildirdiyinə görə, plana hər hansı bir dəyişiklik noyabrda əldə edilmiş razılıqlara əsasən edilməlidir. Bu razılıqlarda İraqda müvəqqəti hökumətin birbaşa seçkilər keçirilmədən formalaşdırılmasına çağılır. İraqın özündə isə yüksək səviyyəli şiə lider ABŞ-ın hazırda mümkün saymadığı birbaşa seçkilərə çağırmışdır. Pol Bremer və İraqın idarəedici şurasının üzvləri keçid dövrü BMT-nin rolunun artırılmasını müzakirə etmək üçün Nyu Yorka səfər edəcəklər.

XS
SM
MD
LG