Accessibility links

İran: Murtuza Mobaleğ seçkilərin azad və ədalətli keçirilməsini tələb edir - 2004-01-17


Gələn ay İranda keçiriləcək seçkilərə cavabdeh olan daxili işlər nazirinin müavini Murtuza Mobaleğ deyib ki, əgər namizədlikləri ləğv edilən islahatçılar seçkilərə buraxılmasa istefa verəcək. Bu gün cənab Mobaleğ seçkilərin azad və ədalətli keçirilmədiyi təqdirdə seçkilərə başçılıq eməkdən imtina edcəyini elan edib. İranın Mühafizəkar Nəzarət Şurası keçən həftə parlamentdə əksəriyyət təşkil edən islahatçıların 8 mindən çox namizədinin demək olar ki, yarasından çoxunu seçkilərdəki iştirakını qadğan etməklə siyasi böhran yaratmışdır. Daxili İşlər nazirliyinin seçkiləri təxirə salmaq səlahiyyətinə malik olmadığını deyən cənab Mobaleğ fevral ayının 20-nə qədər bütün namizədlərin seçkilərdə iştirakına icazə verilməsə o, istefa verəcəyini bildirib. İran rəsmiləri səsverməyə başçılıq edəcək başqa birisini təyin etməli olacaqlar. O deyib ki, İran prezidenti Məhəmməd Xatəminin bilavasitə səlahiyyətində olan daxili işlər nazirliyi diskvalifikasiya edilən ialahatçıların namizədliklərinin bərpasını isətyir. Qeyd edək ki, bütün potensial namizədləri seçkilərə buraxıb-buraxmammaq səlahiyyətinə malik olan Mühafizəkar Nəzarət Şurasının İranın ali ruhani rəbəri Ayatolla Əli Xameneyinin qərarın yenidən nəzərdən keçirilməsi göstərişini almışdır. Namizədlikləri qadağan edilən nümayəndələr arasında İran parlamentinin 80 üzvü də yer alır. Buraya prezidentin kiçik qardaşı-spiker müavini də daxildir. Eyni zamanda, oturaq etiraz nümayişlərində gün batanadək yeməkdən və sudan imtina edənlər də daxil edilməklə parlamentin onlarla islahatçı nümayəndəsi iştirak edir. Bu qərar dəyişmədiyi təqdirdə vetce prezidentlər və bir neçə vilayətin valisi istefaya çıxmaqla hədələyirlər.

XS
SM
MD
LG