Accessibility links

İraqdakı ABŞ hərbi qüvvələri yeni silahlarla təchiz olunacaq - 2004-01-18


Birləşmiş Ştatlar gələn aylar İraqda ABŞ hərbi qüvvələrinin sayını 20 faizə qədər ixtisar etməyi planlaşdırğı zaman rəsmilər Amerika əsgərlərinin partizanlara qarşı istifadə etdiyi silah və taktikanın yeniləşdiriləciyini bildirirlər. Strategiyada dəyişikliklərin əsas məqsədi İraqda üsyançıların yollarda bomba yerləşdirmək, habelə intihar hücumları kimi fəlaliyyətlərinin qarşısını almaq üçün koalisiya qüvvələrinin qabiliyyətinin artırılmasından ibarətdir. Vaşinqtondan verilmiş məlumatlara görə, ABŞ rəsmiləri koalisiya qüvvələrinin vertolyotlarına qarşı hücumların artmasından narahatlığını ifadə ediblər. Son üç ayda koalisiyanın 9 vertolyotu vurulub salınmışdır.

XS
SM
MD
LG