Accessibility links

İsrail Qəzza zolağında əsas sərhəddi yenidən açıb  - 2004-01-18


Erez keçidinin açılması minlərə fələstinlinin iş üçün İsrailə daxil olmasına imkan yaratmışdır. Hərbi qüvvələr çərşənbə günü intihar bomba hücumundan sonra Erez keçidini bağlamışdılar. Ciddi təhlükəsizlik tədbirlərinin həyata keçiriməsi sərhəddə keçid prosesini çətinləşdirmişdir. Qüdsdə işə İsrail liderləri İordan çayının Qərb sahilində mübahisəli təhlükəsizlik səddi planı ilə əlaqədar müzakirələrə başlayırlar. Hökumət mənbələrindən alınan məlumata görə, planda müəyyən dəyişikliklər edilə bilər. Bu arada, Haaqada Beynəlxalq məhkəmə məftil və beton səddin qanuniliyi ilə bağlı dinləmələrə başlayır.

XS
SM
MD
LG