Accessibility links

Prezident Buş sabah Amerika xalqına müraciət edəcək - 2004-01-19


Prezident Buş sabah axşam noyabr ayı prezident seçkilərində yenidən qələbə əldə etməsinə zəmin yaradacaq və cari il ərzində siyasi gündəliyini açıqlayacaq çıxışı ilə Amerika xalqına müraciət etməlidir. Konresin birgə sessiyası və televiziya tamaşaçılarına müraciəti zamanı prezident Buş hakimiyyəti dövründə Amerikanın nailiyyətlərinə toxunacaq. Prezidentin vergilərin ixtisarının daimiləşdirilməsinə çağıracağı, İraq müharibəsində əldə edilən uğurlar və iqtisadi nailiyyətlərdən danışacağı gözlənilir.

XS
SM
MD
LG