Accessibility links

Iranın mühafizəkar Nəzarət Şurası geri çəkilir - 2004-01-20


İranın mühafizəkar Nəzarət Şurası gələn ay keçiriləcək parlament seçkilərində iştiraklarına qadağa qoyduğu 200-ə yaxın namizədin qeydiyyatına icazə verib. İranın Ali Ruhani rəhbəri Ayatolla Əli Xomneyinin verdiyi tapşırığı əsas tutan Nəzarət Şurası namizədlərin işinin araşdırılmasının davam etdiyini və digər namziədlərin də seçkilərə buraxılmasını ehtimalının böyük olduğunu bildirib. İki həftə qabaq parlament seçkilərində iştirak etmək istəyən 8200 namizədin üçdə birini seçkilərə buraxmamaqla Nəzaərt Şurası İranda siyasi böhran yaratmıdşı. Fevralın 20-də seçkilərə buraxılmayanların əksəriyyəti islahatçılardır. Onlardan 80 nəfəri hazırkı parlamentin üzvüdür.

XS
SM
MD
LG