Accessibility links

Kolin Pauel: İraq kütləvi qırğın silahlarına malik olmaya bilər - 2004-01-25


Bağdadın kütləvi qırğın silahları istehsal etdiyinə dair kəşfiyyat məlumatlarına əsaslanaraq, Birləşmiş Ştatların İraqa qarşı müharibəsinə bəraət qazındıran Dövlət katibi Kolin Pauel indi Səddam Hüseynin bu silhalara malik ola bilmədiyini deyib. Müxbirlərlə şənbə günü danışan cənab Pauel keçən ilin mart ayında ABŞ İraqa müdaxilə edəndə İraqın bu silahlara malik olub-olmadığı ilə bağlı sualın hələ “açıq” qaldığını bildirib. Cənab Pauelin açıqlamaları ABŞ-ın İraqda kütləvi qırğın silahlarının axtarışını aparan qrupun başçısı, müəttiş Deyvid Keyin istefasından sonraya təsadüf edir. İstefasını elan edən Dyvid Key Röyter agentliyinə deyib ki, 1991-ci il Körfəz müharibəsindən sonra İraqın qadağan eidlmiş silahlara malik ola bildiyinə inanmır.

XS
SM
MD
LG