Accessibility links

Pakistan alimlərinin İrana nüvə texnologiyası satdıqları sübut edilib - 2004-01-28


”Vaşinqton Post” qəzetinin yazdığına görə Pakistan təhqiqatçıları iki nüvə aliminin İran və Liviyayanın qara bazarlarında vasitəçilik edən şəxsə nüvə texnologiyası satdıqlarını sübut ediblər. Əbdül Qədir Xan və Məhəmməd Fəruq adlı bu alimlər Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki qara bazara birbaşa və dolayı yollarla yardım göstərmişlər. Qeyd edək ki, doktor Xan Pakistanın nüvə bombasının atası adlandırılır. Pakistanın xarici işlər nazirliyinin bildirdiyinə görə cənab Xan və daha 7 şəxsin istintaqı davam etdirilir.

XS
SM
MD
LG