Accessibility links

İraqda təhlükəsizlik qüvvələrinə qarşı hücumlar davam edir - 2004-01-31


Amerikanın İraqdakı hərbi qüvvələrinin maşın karvanı Tikrit ilə Kərkük şəhərləri arasında hərəkət edərkən maşınlardan birinin minaya toxunması nəticəsində 3 amerika əsgəri həlak olub. Birləşmiş Ştatların hərbi rəsmiləri deyirlər ki, bu hadisədən başqa Mosul şəhərinin polis məntəqəsinin yaxınlığında da güclü bomba partlayışı baş vermişdir. Nəticədə azı 9 nəfər həlak olmuş, 45 nəfər isə müxtəlif bədən xəsarəti almışdır. Şahidlərin dediyinə görə içində partlayıçı qurgu olan avtomobil polis məntəqəsinin yaxınlıığında olan təhlükəsizlik məntəqəsini keçdikdən sonra maşında partayış baş vermişdir. Nəticədə maşın dağılmış və insan cəsədlərinin ayrı-ayrı hissələri ətrafa səpələnmişdir. Bu əməliyyatdan əvvəl Mosulda naməlum silahlı şəxslər nəzarət məntəqəsini atəşə tutmuş və nəticədə 3 İraq əsgəri həlak olmuşdur. Həm koalisiya qüvvələri, həm də İraq polisi və İraqın təhlükəsizlik xidmətinin əməkdaşları demək olar ki, hər gün yaraqlıların hücumlarına məruz qalırlar. Bu hücumların çoxu sünni üçbucağında baş verir. Bu bölgədə vaxtilə Səddam Hüseynin ən əhəmiyyətli hərbi bazası yerləşirdi.

XS
SM
MD
LG