Accessibility links

Buş yeni büdcə layihəsini Senata təqdim etdi - 2004-02-02


Prezident Buş 2,4 trilyon dollarlıq seçki ili büdcəsini təsdiq etmək üçün Senata təqdim edib. Hərbi xərclərin artırılması və bəzi ölkə daxili proqramların ixtisarını nəzərdə tutan 2005-ci il büdcəsi bütün seçki ili boyu siyasi mübahisələrin diqqət mərkəzində olacaq.

Prezident Buş büdcədə priopitetlərin göstərmişdir. “Terrorla müharibədə qələbə çalmaq, ölkəmizi müdafiə etmək və uşaqlarımızın təhsil aldığına əmin olmaq.”

Büdcə layihəsilə əlaqədar ABŞ prezidentinin verdiyi bəyanatda o, hərbi sahədə təklif olunmuş artımın Amerikanın hələ də terrora qarşı müharibəni davam etdirdiyi üçün zəruri olduğunu qeyd etmişdir. Lakin burada Əfqanıstan və İraqda hərbi əməliyyatlar üçün yeni fondlar əhatə olunmur. Müdafiə xərcləri üçün təklif olunmuş 401 milyard dollar vəsait hazırkı büdcənin 7,2 faiz artırılması deməkdir. Pentaqonun bildirdiyinə görə, Əfqanıstan və İraqda hərbi əməliyyatlar üçün maliyyə vəsati keçən il təsdiq olunmuş bir neçə milyard dollarlıq fondlardan götürüləcək. Müdafiə nazirliyi yeni büdcənin əsas etibarilə, hərbi personalın maaşlarının artırılması və təzminatların ödənilməsini, habelə ABŞ hərbi qüvvələrinin qabuiliyyətinin artırılması məsələlərinin həllinə yönələcəyini bildirir. Hərbi büdcənin 75 milyard dolları son müasir hərbi maşınlar, gəmilər və təyyarələr daxil olmaqla yeni silahlarğn alınmasına sərf olunacaq.

Prezident Buşun layihəsinə əsasən, hökumət bu il daha çox, 520 milyard dollar sərf edəcək. Eyni zamanda, büdcə defisitinin bu il rekord səviyyəyə çatacağı gözlənilir. Bu gün kabinetilə görüş keçirən prezident büdcə defistinin bu səviyyəyə çatmasını ölkənin tənəzzül dövrünü yaşaması ilə, habelə Amerikanın terror hücumu ilə qarşılaşması və müharibə aparması ilə izah etmişdir. Problemin həll olunacağını deyən Corc Buş Konqresin müəyyən proqramlarına maliyyə vəsaitinin məhdudlaşdırılması ilə büdcə defisitini gələn 5 il ərzində azaltmağa söz vermişdir. Demokrat partiyasının bəzi liderləri deyir ki, təklif olunmuş büdcə adi amerikalıların ailələrinə zərər vuracaq və təhsil sisteminə mənfi təsir göstərəcək. Birləşmiş Ştatların büdcə ili oktyabrın 1-i başlanır.

XS
SM
MD
LG